Həftənin sonunadək gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər Sumqayıtda müşahidə olunan cənub-şərq küləyi, şimal-şərq küləyi ilə əvəz olunacaq.
Atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturu Sumqayıtda 35-38 dərəcə isti olacaq.