Sumqayıt şəhəri, 2-ci məhəllə sakinləri gecə saatlarında yaranan səs-küydən narazıdırlar.
Sumqayit24.az-a müraciət edən vətəndaşın iddiasına görə, "Nizami" heykəlinin yaxınlığında, yaşayış binalarının altında fəaliyyət göstərən bəzi obyektlər gecəyarısından sonra, hətta saat 03:00-dək stol və stulları küçəyə çıxarır. Nəticədə ərazidə toplaşan müştərilərin yüksək səslə danışması və səs-küy salması ətraf binalarda yaşayan insanların istirahətinə ciddi maneə yaradır.
"Yaranan vəziyyət səbəbindən gecələr evdə rahat istirahət etmək və yatmaq mümkün olmur. Edilən irad və şikayətlərə baxmayaraq, vəziyyət dəyişmir. Aidiyyəti qurumların tədbir görməsini və gecə saatlarında ictimai asayişin qorunmasına nəzarətin gücləndirilməsini xahiş edirik", - deyə şikayətçi bildirib.