top
Sumqayıtda oğlan sevgilisini dəniz sahilinə aparıb döydü - MƏHKƏMƏ
06 avqust 2026, 15:33
- +

Sumqayıtda oğlan sevgilisini dəniz sahilinə aparıb döydü - MƏHKƏMƏ

Sumqayıt şəhərində 23 yaşlı oğlan dəniz sahilində qeyri-rəsmi münasibətdə olduğu qıza xəsarət yetirib.

Məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisinə düşən hissəsində baş verib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü Fərhad (ad şərtidir) qısqanclıq zəminində sevgilisi Turanə (ad şərtidir) ilə mübahisə edib.

Fərhad ifadəsində bildirib ki, Turanə ilə 2026-cı ilin yanvarında tanış olub. O, qızın ona xəyanət etdiyini düşündüyü üçün görüşmək istəyib. Gənc qızı yaşadığı binanın qarşısından avtomobillə götürərək dəniz sahilinə aparıb və qısqanclıq üstündə aralarında mübahisə yaranıb. "Mübahisə zamanı Turanə mənə əl-qol atmağa başladığından əsəbiləşərək onun sifətinə şillə ilə güclü zərbə vurdum", - deyə o, bildirib.

Turanə isə ifadəsində qeyd edib ki, münasibətlərinə son qoymaq istəsə də, Fərhad onu narahat etməyə davam edib. Hadisə günü söhbət etmək adı ilə onu dəniz sahilinə aparıb, xəyanətdə ittiham edib. Daha sonra sifətinə və başına zərbələr endirib, qollarını sıxıb və saçından tutub. O, əvvəlcə şikayət etməsə də, Fərhadın sonradan da onu narahat etməsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət edib.

İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Buna görə də Fərhad barəsində cinayət təqibinə xitam verilib və o, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib.

Mənbə: Demokrat.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Oxşar xəbərlər