Sumqayıtda yeniyetmələr arasında insident yaşanıb.
Sumqayit24.az-a daxil olan videoda görünür ki, oğlanlardan biri həmyaşıdını alçaldıb, d!y!b, təhqir edərək videoya çəkib. O, həmçinin azyaşlıya üzr istədib və “Sevgiyə bir daha yazmamağı” tələb edib.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Sumqayit24.az-a açıqlamasında bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:
“Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.
Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir”.