Sumqayıtda 56 yaşlı qadın meyiti aşkarlanıb.
Hadisə şəhərin Bulvar ərazisində yerləşən Levent yaşayış kompleksində qeydə alınıb.
Bildirilib ki, 1970-ci il təvəllüdlü Şəhla Əbdüləzim qızı Babayevanın meyiti yaşadığı mənzildə aşkar edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.