Sumqayıt - Bakı arasında fəaliyyət göstərən “manatlıq”ların yalnız adı qalıb.
Şikayətçilərin Sumqayit24.az-a verdikləri məlumata görə, Heydər Əliyev parkı və 10-cu mikrorayon ərazisində dayanan bəzi sürücülər sərnişindaşıma ilə qeyri-qanuni məşğul olmalarından əlavə günü-gündən gediş haqqını da artırırlar.
Vətəndaşların sözlərinə görə, iritutumlu avtobusların sürücüləri günorta saatlarında sərnişinlərdən 1,5 - 2 manat tələb edirlər. Halbuki, bir neçə gün öncə eyni yolu cəmi 1 manata aparırdılar.