Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur.
Məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və səhhətlərində ciddi ağırlaşmalar müşahidə olunub.
Qeyd olunub ki, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib.
Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlığa səbəb olub.
Hazırda baş verənlərin səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və xəstələrin ümumi vəziyyəti ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə: Nocomment.аz