Sumqayıtda yaşayış binasının zirzəmisini zibilxanaya çeviriblər.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, 18-ci mikrorayonda yerləşən 31 nömrəli binanın zirzəmisində antisanitar vəziyyət yaranıb.
İddia olunur ki, bəzi sakinlər məişət tullantılarını zibil konteynerlərinə atmaq əvəzinə binanın zirzəmisinə tökürlər. Nəticədə ərazi zibilliyə çevrilib, yayılan üfunət isə binada yaşayan digər sakinlərin narahatlığına səbəb olur.
İnsanlar bu vəziyyətin aradan qaldırılmasını və binanın zirzəmisinin təmizlənməsini istəyirlər.