Sumqayıt Tibb Mərkəzində (STM) çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovla bağlı araşdırma aparılır.
Bu barədə Sumqayit24.az-ın sorğusuna cabab olaraq TƏBİB-dən bildirilib.
"Bu məsələ ilə əlaqədar hazırda araşdırma prosesi davam edir. Araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcəkdir", - TƏBİB-dən bildirilib.
Məlumat üçün bildirək ki, Elnur İmanovun icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyinə dair səs yazısı yayılıb.