top
Sumqayıtda səs yazısı yayılan həkim: Bu iddialar absurddur
05 avqust 2026, 11:35
- +

Sumqayıtda səs yazısı yayılan həkim: "Bu iddialar absurddur"

Sumqayıt Tibb Mərkəzində (STM) çalışan tanınmış uşaq kardioloqu Elnur İmanov barəsində sosial şəbəkələrdə və mediada yayılan, icbari tibbi sığorta çərçivəsində müayinə üçün ödəniş tələb edildiyi iddia olunan səs yazısına münasibət bildirib.

Sumqayit24.az xəbər verir ki, iddiaları qəti şəkildə təkzib edən həkim ictimaiyyətə və media qurumlarına müraciət edərək materialın saxta olduğunu bəyan edib.

E.İmanov 30 ildən artıqdır uşaq kardioloqu kimi fəaliyyət göstərdiyini və yayılan iddianın absurd olduğunu vurğulayıb:

"Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək və saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Heç bir texniki ekspertiza aparılmadan, sübut təqdim olunmadan və mənim mövqeyim öyrənilmədən bu materialın tirajlanması peşəkarlıq və etikadan kənardır. Bu, mənim nüfuzuma yönəlmiş məqsədli şər kampaniyasıdır".

Məslənin hüquqi müstəviyə daşınacağını bildirən kardioloq səs yazısının ekspertizaya təqdim edilməsi, materialı ilk hazırlayan və yoxlamadan yayan şəxslərin müəyyənləşdirilərək hüquqi məsuliyyətə cəlb olunması üçün bütün zəruri addımları atacağını qeyd edib:

"Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur - anonim səs yazısı, sensasiyalı başlıq və sosial şəbəkə hökmü ilə yox. Susmağım zəiflik deyil, qanuna və həkim adına hörmətimdən irəli gəlir".

Qeyd edək ki, mediada Sumqayıt Tibb Mərkəzində çalışan kardioloq Elnur İmanovun exokardioqrafiya müayinəsi üçün pasiyentdən 10 manat tələb etdiyi iddia olunan audioyazı yayılıb, məsələdən Mərkəzin direktor əvəzi Təranə Rəcəblinin də xəbərdar olduğu iddia edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Oxşar xəbərlər