“E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır.
Sumqayit24.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayından iyul ayınına kimi “E-Şikayət” platformasına 2 883 müraciət daxil olub.
Bildirilib ki, müraciətlərdən 3,71%-i Sumqayıtın payına düşüb.
Bundan əlavə, şikayətlərin çoxu internet xidmətləri ilə bağlıdır.