Sumqayıtda “Hyundai” markalı aztutumlu sərnişin avtobusu aşıb. Xəsarət alanlar var. Sumqayıt24 bu haqda bu gün, 11 may tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən yolda baş verib. Səbəb kimi şirkətə məxsus olan mikroavtobusun sürücüsünün idarəetməni itirməsi göstərilir. Nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb. Müxtəlif xəsarətlər alan 7 nəfər xəstəxanaya çatdırılıb. Onlar tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə götürülüblər.
Fakt araşdırılır.