Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda təlim keçirilib.
Sumqayit24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunan təlimin əsas məqsədi xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.
Regional Mərkəzin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş verən sudaboğulma hadisəsi zamanı xilasedicilər "zərərçəkmişləri" xilas edərək ilkin yardım göstərdikdən sonra "aidiyyəti üzrə təhvil veriblər".
Sonda nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.