Sumqayıtda məhəllədaxili ərazidə maşınların sürətli hərəkəti sakinlərdə narahatlıq yaradıb.
Sumqayit24.az- a daxil olan məlumata görə, 1-ci mikrorayonda bu hal tez-tez yaşanır.
Belə ki, məhəllənin içindən gündəlik olaraq xeyli maşın, çoxu da sürətlə hərəkət edir. Bu da həm piyadaları, həm də sürücüləri təhlükələrlə üz- üzə qoyur.
"Əraziyə tramplinlər yerləşdirilsə, vəziyyət belə olmaz. Heç olmasa bilərik ki, təhlükəsizliyimiz bir az da olsa sığortalanıb. Dəfələrlə müxtəlif qurumlara şikayət etməyimizə baxmayaraq, heç nə dəyişmir", - deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və burada tramplinlər yerləşdirilməsini tələb edirlər.