Sumqayıtda maşın yanıb.
Sumqayit24.az xəbər verir ki, Həsən Ağa Salayev küçəsində “Opel” markalı avtomobil tamamilə yanaraq külə dönüb. İlkin versiyasına görə, yanğının səbəbi avtomobildə baş verən qısa qapanma olub.
Taksi fəaliyyəti göstərən avtomobil müştərini düşürdükdən dərhal sonra alovlanıb. Əraziyə cəlb edilən FHN-ın əməkdaşları tərəfindən alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram