Sumqayıtda silah-sursat aşkar olunub.
Report.az-ın məlumatına görə, H.Z. Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsində bir ədəd 100 mm-lik top mərmisi, şəhərin 18-ci məhəlləsində isə “İJ-17” markalı tək lüləli ov tüfəngi tapılıb.
Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.