Sumqayıtda Qəhrəman günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 20 may tarixində Sumqayıt MKS-ə istinadən xəbər veririk.
Məlumata əsasən, “Vətən sevgisi ən ülvi duyğudur” adlı tədbirdə şəhidlərimizin xatirəsi yad edilib. Sonra kitabxana əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov və Vətən Müharibəsi şəhidi Vüsal Muradov haqqında məktəblilərə məlumat verib. Onlar gənclərə igidlərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlarından danışıblar.