top
Sumqayıtda yaşıl hidrogen” istehsalı PLANLAŞDIRILIR
07 avqust 2025, 03:51
- +

Sumqayıtda "yaşıl hidrogen” istehsalı PLANLAŞDIRILIR

2027-2028-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "yaşıl hidrogen” istehsalına başlanılması planlaşdırılır.

Bunu Report.az-a açıqlamasında Azərbaycan-Bolqarıstan birgə müəssisəsi olan “Caspian Lubricants Recycling”in baş direktoru, Bolqarıstanın “Torec Engineering” şirkətinin rəhbəri Kalin Runtev deyib.

"Əgər zavodun işə salınması planlaşdırıldığı kimi bu ilin noyabr-dekabr aylarında baş tutarsa, növbəti mərhələdə "yaşıl enerji”nin istehsalını təmin edəcək, sonra isə "yaşıl hidrogen” istehsalına başlayacağıq. Bu enerji növü yanacaq kimi və ikinci qrup baza yağlarının istehsalı üçün xammal kimi (hidrotəmizləmə, distillat fraksiyası və s.) istifadə olunacaq. Bu, bizi Cənubi Qafqazdan Pakistana qədər olan məkanda unikal edəcək - ən yaxın analoji istehsal 3 000 km məsafədə yerləşir", - K.Runtev qeyd edib.

Onun sözlərinə görə, hidrogen istehsalı üzrə layihəqabağı işlərə 2026-cı ildə başlanılacaq. Hidrogen qurğusunun işə salınması və II qrup yağların istehsalı 2027-2028-ci illərdə gözlənilir.
"Yaşıl hidrogen” suyun elektrolizi metodu ilə istehsal ediləcək və yerli resurslardan istifadə olunacaq. Hazırda şirkət Avropa və Çindən olan elektroliz qurğularının tədarükçüləri ilə danışıqlar aparır. Səhmdarlar yekun qərarı biznes planı təsdiqləndikdən sonra qəbul edəcəklər. Beynəlxalq tərəfdaşların iştirakı variantları da müzakirə olunur, lakin hələlik konkret razılaşmalar açıqlanmır", - birgə müəssisənin rəhbəri bildirib.

K.Runtevin sözlərinə görə, birinci mərhələdə “Caspian Lubricants Recycling” ildə 24 min tona qədər işlənmiş yağı - Bazel Konvensiyasının təsnifatına görə təhlükəli tullantıları emal etməyi planlaşdırır.

"Əsas məhsul əvvəllər Azərbaycanda istehsal olunmayan birinci qrup baza yağıdır. Zavod Xəzər regionunda COP29 sammitinə hazırlıq çərçivəsində qəbul edilmiş ekoloji standartlara uyğun ilk müəssisə olacaq. Emal edilmiş tullantılardan 18 min tona qədər yağ və 2-3 min ton bitum (yol, izolyasiya, asfalt) istehsalı planlaşdırılır", - şirkətin baş direktoru vurğulayıb.

Layihənin əsas prinsiplərindən biri və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunun alınması şərti yalnız yerli xammaldan istifadə edilməsidir. K.Runtevin sözlərinə görə, zavod xaricdən tullantı idxal etməyəcək. Artıq bir sıra avtoservis və rəsmi avtomobil idxalçıları ilə müqavilələr bağlanıb. Həmçinin dövlət qurumları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və sənaye müəssisələri ilə əməkdaşlıq müzakirə olunur.

"Zavod işə düşdükdən sonra biz bütün iri sənaye oyunçuları ilə görüşlərə başlayacağıq. Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq şirkətlər layihəmizə böyük maraq göstərir", - Bolqarıstan şirkətinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ildə 40 min tondan çox baza yağı istehlak edir: "Bu, çox maraqlı bazardır və biz həcmin ən azı yarısını daxili bazarda satmağı, eləcə də bu məhsulu Bolqarıstan, Rumıniya, Ukraynaya ixrac etməyi planlaşdırırıq, bununla bağlı artıq ilkin razılaşmalar əldə olunub. Türkiyə də ildə 450 min tondan çox yağ istehlak edən nəhəng bazar hesab olunur.

İxrac bizim üçün əsas istiqamətdir. Biz həmçinin digər ölkələrdə, o cümlədən Mərkəzi Asiya dövlətlərində oxşar layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiririk", - K.Runtev bildirib.

Onun sözlərinə görə, layihə Azərbaycan və Bolqarıstanın dövlət başçıları səviyyəsində strateji dəstək alıb. “Caspian Lubricants Recycling” Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentidir ki, bu da zəruri infrastruktura, kommunikasiyalara, məsləhətləşmələrə və güzəştli maliyyə mexanizmlərinə çıxış təmin edir.
"Azərbaycan yüksək həyat səviyyəsinin və sərmayə dəstəyinin olduğu sabitlik vahəsidir. Əhali ekoloji məsuliyyətin vacibliyini anlayır. Layihənin strateji layihə kimi tanınması onun uğurla həyata keçiriləcəyinə inamımızı gücləndirir", - K.Runtev sonda deyib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:51

Həmin 6 uşaq yenidən xəstəxanalıq oldu

Bütün xəbərlər
Dünən, 17:25

Sumqayıtda Aprel şəhidləri anılıb

Bütün xəbərlər
Dünən, 16:40

Sumqayıtda pəncərədən yıxılan qızın vəziyyəti KRİTİKDİR

Bütün xəbərlər
Dünən, 16:30

Günəşdə güclü partlayış olub - Başağrılarınız ola bilər

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıta yenə leysan yağacaq…

Bütün xəbərlər
Dünən, 15:08

Sumqayıtda piyadaların təhlükəsizliyi təmin edildi

İdman
Dünən, 14:28

Sumqayıt minifutbolçuları bürünc medal uğrunda mübarizə aparacaqlar

İdman
Dünən, 13:48

UEFA "Sumqayıt"a yüzminlərlə pul ayırdı

Bütün xəbərlər
Dünən, 13:08

Bakı-Sumqayıt yolunda TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 12:28

SDU-nun həyəti "bataqlığa" dönüb

Bütün xəbərlər
Dünən, 11:48

Sumqayıt Psixiatriya Xəstəxanasından yeni sifariş

Bütün xəbərlər
Dünən, 11:08

Coratın bir hissəsində qaz kəsiləcək

Kriminal
Dünən, 10:37

21-ci məhəllədə QANLI İNSİDENT

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtın icra hakimiyyəti BENZİN PULUNU ARTIRDI

Bütün xəbərlər
Dünən, 09:12

Sumqayıtda həbs olunan idarə müdiri qərardan narazıdır

Cəmiyyət
02 aprel 2026, 18:51

Sumqayıtda hava dəyişir: Yağış yağacaq

Bütün xəbərlər
02 aprel 2026, 18:15

Sumqayıtlılara ŞAD XƏBƏR

Cəmiyyət
02 aprel 2026, 17:48

Sumqayıtda uşaqları xilas edən qadın danışdı

Bütün xəbərlər
02 aprel 2026, 17:30

FHN kurslar keçirib

Bütün xəbərlər
02 aprel 2026, 17:18

Sumqayıtda güclü külək əsəcək

Bütün xəbərlər
02 aprel 2026, 16:46

Uşaq qurumların səhlənkarlığının qurbanı olacaqdı…

Cəmiyyət
02 aprel 2026, 16:09

Sumqayıtda açarları təhvil verməyən şirkətdən münasibət

Bütün xəbərlər
02 aprel 2026, 16:04

Sumqayıtda aşan ağacların yerinə 10 FİDAN ƏKİLDİ

Bütün xəbərlər
02 aprel 2026, 14:57

Sumqayıtda yeniyetmə 3-cü mərtəbədən YIXILDI

Oxşar xəbərlər