Sumqayıtda zəhərlənən şagirdlərin sayı artıb.
TƏBİB-dən Sumqayit24.az-a verilən məlumata görə, zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan şəxslərin sayı 14-dən 21-ə qalxıb (17 kişi cinsli, 4 qadın cinsli).
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, zəhərlənən şəxslər 36 nömrəli tam orta məktəbin şagirdləridir.