Sumqayıt və Bakının bir sıra məktəblərində müəllim çatışmazlığı ilə bağlı problem yaşandığı bildirilir.
Digər tərəfdən isə MİQ imtahanında yüksək bal toplayan müəllimlər vakant yer tapa bilmədiklərini deyirlər.
Onların sözlərinə görə, tədris etmək istədikləri fənlər üzrə az sayda vakant yer təqdim olunur. Bu səbəbdən yüksək nəticə göstərsələr də, seçim imkanları məhdudlaşır və müsabiqədən kənarda qalırlar.
Beləliklə, bir tərəfdə məktəblərdə müəllim çatışmazlığı, digər tərəfdə isə iş üçün müraciət edən müəllimlərin vakant yerlə təmin olunmaması diqqət çəkir.
Ətraflı Xəzər TV-nin süjetində: