Sumqayıtda bir neçə ərazisində işıq kəsilib.
Sumqayit24.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/10 kV-luq "Sumqayıt-2" yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir işləri həyata keçirilir. Bu səbəbdən 20 və 21-ci mikrorayonlar, Yaşıldərə yaşayış massivinin bir sıra yerlərində saat 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.