top
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Bu gün, 12:10
- ↺ +

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sumqayit24.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Bu gün, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Bu gün, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:08

Sumqayıtda əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib

Bütün xəbərlər
Bu gün, 10:35

Uzun illər Sumqayıtda çalışan müəllim vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:00

Sumqayıtın bu əraziləri işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 09:49

Sumqayıtda kollecə YENİ TƏYİNAT

Bütün xəbərlər
Bu gün, 09:09

Sumqayıtda ərindən boşanmaq istəyən qadının dəhşətli sonu

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük müharibənin 6-cı günü - Düşmən bayrağı ələ keçirilib

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda bu tarixlərdə güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtlıların kabusu - kanalizasiya problemi, əlavə xərc, natəmiz şərait

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıta güclü yağış yağacaq - XƏBƏRDARLIQ

İdman
Dünən, 17:33

"Sumqayıt"ın baş məşqçisi: "Mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik"

Bütün xəbərlər
Dünən, 17:15

Bakı-Sumqayıt yolunda "manatlıq taksi" iddialarına AYNA-dan CAVAB

Bütün xəbərlər
Dünən, 16:46

MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işsiz qalır? - VİDEO

Bütün xəbərlər
Dünən, 16:10

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

İdman
Dünən, 15:33

Sumqayıtlı veteran futbolçuya yüksək post təklif edildi

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 14:23

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt səmasında "Drakonid"lər müşahidə edə bilər

Bütün xəbərlər
Dünən, 13:15

FHN Sumqayıt xəstəxanasında yanğın-taktiki təlim keçirdi

Oxşar xəbərlər