Sumqayıtın məhəllələrindən birində kanalizasiya probleminə görə vətəndaşlar əziyyət çəkirlər.
Sumqayit24.az-a bu barədə 9-cu məhəllə, Səttar Bəhlulzadə küçəsi, yeni yaşayış massivinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, kanalizasiya sisteminin olmaması səbəbindən həyətlərdə şambo quyularından istifadə olunur. Quyular dolduqca xüsusi maşın sifariş etməli və bunun üçün əlavə ödəniş etməli olurlar.
Şikayətçilərin məlumatına əsasən, yağışlı havalarda vəziyyət dözülməz olur. Belə ki, şamboların daşması nəticəsində çirkab sular həyətlərə və küçələrə yayılır, ərazidə antisanitar vəziyyət yaranır. Bundan əlavə, piyada və nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaranır.
Onlar aidiyyəti qurumlardan məsələyə diqqət ayrılmasını və mövcud problemin həll edilməsini tələb edirlər.