Sumqayıtdan paytaxt istiqamətinə gələn sürücülər tıxaca rast gəlib. Sumqayıt24-ə bu haqda 11 may tarixində oxucular xəbər verib.
Məlumata görə, sıxlıq “VAZ dairəsi”ndən başlayaraq “20 Yanvar”-a dək uzanır. Oxucuların sözlərinə görə, bu hal artıq 2 gündür ki davam edir. Həmin səbəbdən onlar 1 saatdan çox vaxta cəmi 10 kilometrdən qısa məsafəni qət edə bilir.