top
Sumqayıtdan Aktauya çəkilən fiber-optik xətt nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu gün, 12:09
- ↺ +

Sumqayıtdan Aktauya çəkilən fiber-optik xətt nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

Azərbaycan və Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda bildirib.

"Azərbaycan və Qazaxıstan arasında Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi Avropa ilə Asiya arasında yeni yüksək ötürücülük qabiliyyətli rabitə kanalı yaradacaq. Xəttin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir", - o bildirib.

Nazir vurğulayıb ki, müasir regional dəhlizlər təkcə yük daşımalarını deyil, həm də enerji və rəqəmsal əlaqəliliyi əhatə edir.
Xatırladaq ki, "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.

Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

Mənbə: Report.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:45

Yarımçıq tikili, antisanitariya, üfunət - 13-cü mikrorayonda vəziyyət

Bütün xəbərlər
Bu gün, 11:16

Sumqayıtda qayınana üstündə dava  - sərxoş kişi arvadını döydü

Bütün xəbərlər
Bu gün, 10:40

FHN elektrik doldurma qurğuları ilə bağlı müraciət etdi

Bütün xəbərlər
Bu gün, 10:03

Sumqayıtda "ildırım sürətli" tibbi arayışın sonu- 13 nəfər işdən çıxarıldı

Bütün xəbərlər
Bu gün, 09:19

Yağış, şimşək, bəzən də isti: Sumqayıtın oktyabr ayına hava PROQNOZU

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - 1 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Novxanıda kanal zibillik içində: sakinlərdən müraciət

Bütün xəbərlər
Dünən, 17:25

Ceyranbatanda yaranan avtobus probleminə AYNA-dan REAKSİYA

Bütün xəbərlər
Dünən, 17:12

Sumqayıtda dərzi döyüldü

Bütün xəbərlər
Dünən, 16:40

Günəşdə güclü partlayışlar gözlənilir

Bütün xəbərlər
Dünən, 16:10

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 15:37

Sumqayıtdakı 35 saylı peşə məktəbi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məktəbə gedən yol çirkab sular altında

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda oktyabrın ilk günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 13:48

Sumqayıtda qəbiristanlığın ətrafı təmizləndi

Bütün xəbərlər
Dünən, 13:15

Komandirini xilas edərkən şəhid olan SDU məzununun doğum günüdür

İdman
Dünən, 12:38

"Sumqayıt"ın türkiyəli məşqçisi: "Azərbaycanda olduğum üçün xoşbəxtəm"

Bütün xəbərlər
Dünən, 12:00

SDU-da yüksək nəticə göstərən tələbələrlə görüş

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtda yeni doğulan körpələr üçün xüsusi xidmət

Bütün xəbərlər
Dünən, 11:02

"Manatlıqlar" yığışdırıldı - Ceyranbatan sakinləri yollarda qaldı

Bütün xəbərlər
Dünən, 10:27

Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır

Bütün xəbərlər
Dünən, 09:41

Sumqayıt işlə təminatda regionları geridə qoydu

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda yük maşını piyadanı vurub ÖLDÜRDÜ

Oxşar xəbərlər