top
Vətən müharibəsinin xronikası - 1 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası - 1 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Sumqayit24.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

1 oktyabr - müharibənin 5-ci günü

- Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduğu mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən bəri düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.

Bu barədə hərbi informasiya mərkəzində keçirilən brifinqdə məlumat verilib.

- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

- Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

- Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb. Görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin həmin ərazilərdə möhkəmləndiyi əks olunub. Kadrlardan görünür ki, orda məhv edilən xeyli sayda düşmən texnikası, silah-sursat qalıb.

- Ermənistan ordusunun bölmələri Tərtər şəhərini, Ağdamın Gül Baharlı kəndini, Füzulinin Horadiz şəhərini və Arayatlı kəndini, Goranboy rayonunun Tapqaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Novxanıda kanal zibillik içində: sakinlərdən müraciət

Bütün xəbərlər
Dünən, 17:25

Ceyranbatanda yaranan avtobus probleminə AYNA-dan REAKSİYA

Bütün xəbərlər
Dünən, 17:12

Sumqayıtda dərzi döyüldü

Bütün xəbərlər
Dünən, 16:40

Günəşdə güclü partlayışlar gözlənilir

Bütün xəbərlər
Dünən, 16:10

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 15:37

Sumqayıtdakı 35 saylı peşə məktəbi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məktəbə gedən yol çirkab sular altında

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda oktyabrın ilk günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 13:48

Sumqayıtda qəbiristanlığın ətrafı təmizləndi

Bütün xəbərlər
Dünən, 13:15

Komandirini xilas edərkən şəhid olan SDU məzununun doğum günüdür

İdman
Dünən, 12:38

"Sumqayıt"ın türkiyəli məşqçisi: "Azərbaycanda olduğum üçün xoşbəxtəm"

Bütün xəbərlər
Dünən, 12:00

SDU-da yüksək nəticə göstərən tələbələrlə görüş

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtda yeni doğulan körpələr üçün xüsusi xidmət

Bütün xəbərlər
Dünən, 11:02

"Manatlıqlar" yığışdırıldı - Ceyranbatan sakinləri yollarda qaldı

Bütün xəbərlər
Dünən, 10:27

Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır

Bütün xəbərlər
Dünən, 09:41

Sumqayıt işlə təminatda regionları geridə qoydu

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda yük maşını piyadanı vurub ÖLDÜRDÜ

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Bütün xəbərlər
29 sentyabr 2026, 17:43

Sumqayıtda yol təmiri "yolunu azıb" - BİTMƏYƏN DƏRDİMİZ - VİDEO

Bütün xəbərlər
29 sentyabr 2026, 17:13

Sumqayıtda kafenin yerləşdiyi obyekt  661 min manata satışa çıxarıldı

Bütün xəbərlər
29 sentyabr 2026, 16:40

Sumqayıtda peşə məktəbi söküləcək – yerində bina tikiləcək

İdman
29 sentyabr 2026, 16:10

Sumqayıtlı məktəbli İtaliyada dünya çempionu oldu

İdman
29 sentyabr 2026, 15:37

"Sumqayıt" bu tarixdə "Sabah"ın qonağı olacaq

Oxşar xəbərlər