Avqustun 8-də gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-28, gündüz isə 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.