Sumqayıtın ən böyük xiyabanlarından birinin təmirə ehtiyacı var.
Sumqayit24.az xəbər verir ki, Heydər Əliyev və Sülh prospektinin kəsişməsində, yəni şəhərin mərkəzində yerləşən sözügedən xiyabanın piltələri bərbad vəziyyətdədir. Yer döşəməsi olan bu daşlar artıq qırılıb və dağılıb, bir çoxu isə çatlayıb.
Piltələri “kim və niyə qırıb” sualı ilə yanaşı, aidiyyəti qurumların Sumqayıtın görünüşünə xələl gətirən problemi görməzdən gəlməsi də sual doğurur.