top
Sumqayıtın yetişdirdiyi tanınmış simalar
26 iyul 2026, 18:00
- +

Sumqayıtın yetişdirdiyi tanınmış simalar

Sumqayıt... Bu şəhər təkcə sənayesi ilə deyil, həm də yetişdirdiyi istedadlarla tanınır. Dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edən, uğurları ilə milyonlara ilham verən bu məşhur simaların bir ortaq cəhəti var – onların yolu məhz Sumqayıtdan başlayıb.

Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıtda anadan olub. Dünyanın ən güclü şahmatçılarından biri, qrossmeyster və dəfələrlə Azərbaycan çempionudur. Beynəlxalq turnirlərdə qazandığı möhtəşəm qələbələrlə ölkəmizin adını dünya şahmat tarixinə yazdırıb.

Rafael Ağayev 4 mart 1985-ci ildə Sumqayıtda anadan olub. Beşqat dünya çempionu, çoxqat Avropa çempionu və karate tarixinin ən parlaq idmançılarından biridir. Onun adı bu gün Azərbaycan karatesinin simvolu kimi tanınır.

Nazim Süleymanov 17 fevral 1965-ci ildə Sumqayıtda doğulub. Azərbaycan millisinin sabiq futbolçusu və tanınmış məşqçisidir. Həm futbolçu, həm də məşqçi kimi ölkə futbolunda dərin iz qoyub.

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıtda anadan olub. İkiqat Paralimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olan cüdoçudur. Güclü iradəsi və qazandığı möhtəşəm nailiyyətlərlə minlərlə insana motivasiya verir.

Mahir Şükürov 12 dekabr 1982-ci ildə Sumqayıtda anadan olub. Uzun illər Azərbaycan milli komandasının və ölkənin aparıcı futbol klublarının şərəfini qoruyan etibarlı müdafiəçilərdən biri olub.

Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq Artisti Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıtda anadan olub. Azərbaycanın sevilən estrada müğənnilərindəndir. Həmçinin Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər klubunun sədridir.

Azərbaycan Respublikasının Əməkdar artisti Elton Hüseynəliyev 6 avqust 1983-cü ildə Sumqayıtda anadan olub. Güclü səsi və lirik ifaları ilə tanınan müğənnidir. Onun mahnıları uzun illərdir Azərbaycan musiqisevərləri tərəfindən sevilərək dinlənilir.

Azərbaycan Respublikasının Əməkdar artisti Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyorlarından biridir. Xüsusilə komediya janrındakı yaddaqalan obrazları ilə tamaşaçıların sevgisini qazanıb.

Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda anadan olub. Dünyaca məşhur balaban ifaçısıdır. Onun musiqisi milyonlarla insanı Azərbaycan milli musiqisi ilə tanış edib, balaban sənətini beynəlxalq səviyyədə tanıdıb və sevdirib.

Sumqayıtın yetirdiyi məşhurlar bununla bitmir. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

Oxşar xəbərlər