top
Sumqayıtlı əkizlər eyni vaxtda TƏLƏBƏ OLDULAR
26 avqust 2025, 22:15
- ↺ +

Sumqayıtlı əkizlər eyni vaxtda TƏLƏBƏ OLDULAR

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Qəbulun nəticələrinə əsasən, əkiz bacı-qardaş - Həmid və Həmidə Məmmədlilər də tələbə adını qazanıb. Həmid təhsilini Türkiyədə, Həmidə isə Qarabağ Universitetində davam etdirəcək.

“Azərbaycan müəllimi” qazeti Sumqayıt sakinləri olan əkizlərlə həmsöhbət olub.

Həmid Məmmədli Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. Respublika, eləcə də beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edib. Həmid SAF 2023-də “Boat racing” kateqoriyası üzrə, TEKNOFEST 2024, “Sabahın alimləri” XIV respublika müsabiqəsində birincilik qazanıb.

Həmid deyir ki, İstanbul Texniki Universitetində “Elektronika və kommunikasiya” (tədris ingilis dilində) ixtisasına qəbul olub:

“Bacım əvvəldən tibb, mən isə mühəndislik sahəsinə meyilli olmuşam. Düzünü desəm, valideynlərim bizdən daha çox həyəcanlı idilər, özümdən daha çox bacımın nəticəsinin necə olacağını gözləyirdim. Bakalavrı bitirdikdən sonra magistr təhsili də almağı çox istəyirəm”.
Ailəyə növbəti sevinci yaşadan Həmidə isə 619.4 balla Qarabağ Universitetində təhsil alacaq.
“Həkim olmaq ən böyük arzum idi. Bunun üçün ilk addımı atdığımı düşünürəm. Qarabağ Univeristetinin Tibb və sağlamlıq elmləri fakültəsində təhsilimi davam etdirəcəyəm. Bu mənim üçün çox sevincli bir haldır. Valideynlərimin dəstəyi, qayğısı bu nailiyyətləri qazanmağımıza şərait yaratdı. Bacı-qardaş olaraq ali məktəbə hazırlaşmaq həm həyəcanlı, həm çətin, həm də bir o qədər də sevincli idi. İmtahanlarda iki qat həyəcan keçirdik, nəticələr açıqlandıqda isə çox böyük sevinc yaşadıq”.

Son xəbərlər

İdman
Bu gün, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Bu gün, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Bu gün, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Bu gün, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Bu gün, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Bu gün, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Bu gün, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Bu gün, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Bu gün, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Bu gün, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Bu gün, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Bu gün, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Dünən, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Dünən, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər