top
Sumqayıtlı şəhid xanımın qardaşı: Mən özüm döyüşə getmək istəyirdim
20 fevral 2026, 13:50
- ↺ +

Sumqayıtlı şəhid xanımın qardaşı: "Mən özüm döyüşə getmək istəyirdim"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda dəfn olunan itkin-şəhid Mehriban Qarayevanın kiçik qardaşı Famil Sumqayit24.az-ın əməkdaşına onun necə döyüşə getdiyindən, itkin düşməsi barədə xəbəri necə eşitdiklərindən danışıb. 

Famil Qarayev əslində özünün döyüşə getmək istədiyini bildirib: 

"Sumqayıtda gəzə-gəzə fikirləşirdim və özümü çox narahat hiss edirdim. Nişanlım Ağcabədi rayonunun Qaradolaq kəndindən idi. Həmin dövrdə vəhşi ermənilər insanlara çox zülm edirdi. Buna dözə bilmədim. Birdən-birə qərara gəldim ki, mən də döyüşə gedəcəyəm. Sonradan deməsinlər ki, "o Sumqayıtda oturdu, mən isə burada döyüşdüm". Bu, mənə yaraşmazdı.

Hərbi komissarlığa getdim və qeydiyyatdan keçmək istədiyimi bildirdim. Dedilər ki, yer yoxdur. Gördüm ki, üç avtobus dayanıb, hamısı da doludur. Arxa qapıdan güclə minib Bakıya, o vaxtkı xiyabana yollandıq. Həmin vaxt xiyaban kiçik bir meydança idi. Orada sıraya düzülüb fırlanırdıq. Birdən gördüm ki, bacım da oradadır. Sıradan çıxa bilmədim. Öz-özümə sual verdim: "Bu qız burada nə edir?" Düşündüm ki, sıra bitəndən sonra danışaram.

Sıradan çıxandan sonra onu çağırıb soruşdum: "Mehriban, hara gedirsən?" Dedi: "Qarabağa". Soruşdum: "Sənin Qarabağda nə işin var?" Cavab verdi ki, getmək istəyir. Dedim: "Mən gedirəm, mən buraya ona görə gəlmişəm. Ora sənlik deyil". O isə israrla dedi ki, gedəcək. Mən də qəti şəkildə bildirdim ki, getməyəcəksən. O vaxt bacı qardaş sözündən çıxmazdı.

Daxilimdə düşünürdüm ki, bəlkə sevdiyi biri var və onunla birgə getmək istəyir. O zaman belə hallar olurdu. Dedim ki, qayıtsın. Amma o, axırda mənə dedi: "Anamızın qəbri xətrinə, sən nişanlısan, qayıt". Bu söz mənim üçün son nöqtə oldu. Ana andı bizim ailədə çox müqəddəs idi. Ona görə də vidalaşdıq, ağlaşdıq. Onun gedəcəyini gözləmədən geri qayıtdım.

Təxminən 2 ay sonra onun itkin düşməsi barədə xəbər aldıq. Ağdama getdik. Orada komandiri bildirdi ki, olduqları maşın partladılıb, onları xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Oxşar xəbərlər