Saray qəsəbəsində tikiş sexi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.