Sumqayıt sakini Bakı-Quba yolunda qəzaya uğrayıb.
Məlumata görə, bu gün səhər saatlarında Qubanın Qaraçay qəsəbəsindən keçən hissəsində yük avtomobili ilə "Kia" və "Toyota" markalı avtomaşınlar zəncirvari qəza törədib. Həmin sürücülərin kimliyi məlum olub. Belə ki, "Toyota" markalı maşının sürücüsü həmşəhərlimiz, 44 yaşlı Şəhla Əliyevadır.
Hər üç avtomaşının sürücü və sərnişinlər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zəncirvari qəzanın tam baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.
Mənbə: Bizim.mediа