Elm və təhsil naziri Sumqayıtda fəaliyyət göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyadan danışıb.
Sumqayit24.az xəbər verir ki, Emin Əmrullayev Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində çıxış edib. O bildirib ki, Sumqayıt və Mingəçevirdə spesifik məktəblər var ki, onlar istedadlı uşaqlarla işləməkdə ixtisaslaşıblar:
“Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yük götürməyə qadirdir”.
Nazir vurğulayıb ki, ənənəvi olaraq özünü doğruldan məktəblərdən biri Sumqayıt şəhərində fəaliyyət göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.