SDU-nun tələbəsi “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsində uğurla çıxış edib. Bu haqda bu gün, 27 may tarixində universitetin saytına istinadən xəbər veririk.
Məlumata əsasən, 1-ci kurs tələbəsi olan Rəvanə Kərimova filologiya və jurnalistika fakültələrinin tələbələri arasında keçirilən müsabiqədə iştirak edib. Birincilikdə 53 esse və yazı təqdim edilib. Kərimova “Qarabağ Azərbaycanın musiqi beşiyidir” adlı hekayəsi ilə ilk onluqda yer alıb.