top
Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: Əsas səbəb valideynlərdir - MÜSAHİBƏ
Bu gün, 15:57
- ↺ +

Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: "Əsas səbəb valideynlərdir" - MÜSAHİBƏ

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Əlamətdar tarixdə böyük ehtiram və minnətdarlıqla xatırlanan şəxslər arasında Sumqayıtın tanınmış pedaqoqu Ofelya Babayeva da var.

O, Azərbaycan Respublikasının Əməkdar müəllimi, şairə və Prezidentin fərdi təqaüdçüsüdür.

Ofelya Babayeva Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri, Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktoru vəzifələrində çalışıb. Təhsil və ictimai sahədəki xidmətlərinə görə "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.

Sumqayit24.az-ın əməkdaşı Ofelya Babayeva ilə həmsöhbət olub. Müsahibədə o, müəllimlik peşəsindən, müxtəlif vəzifələrdə çalışdığı dövrlərdən, təhsildə illər ərzində baş verən dəyişikliklərdən, müəllim-şagird münasibətlərindən, Sumqayıt şagirdlərinin uğurlarının səbəblərindən danışıb. 

-  Ofeliya xanım, ilk olaraq bilmək istərdik. Niyə məhz müəllimlik peşəsini seçdiniz? Bu peşə sizin üçün nə ifadə edir? 

- Bu peşəni seçməyimdə anamın böyük rolu olub. Anam da uzun müddət müəllim işləyib. Yəqin ki, bu nəsildən-nəslə keçib. Müəllimlik mənim üçün çox şərəfli peşədir. Çünki sən sabahın insanını yetişdirirsən. 

- Siz həm sinifdə müəllim, həm məktəbdə direktor, həm də təhsil şöbəsinin müdiri olaraq çalışmısınız. Müəllim Ofeliya Babayeva ilə idarəçi Ofeliya Babayeva arasında hansı oxşarlıqlar və fərqlər var idi? Hansı daha çətin idi?

- Hər üç vəzifədə də həmişə təhsilə önəm vermişəm və işimi vicdanla yerinə yetirməyə çalışmışam. Müəllim olanda, əlbəttə, daha çox dərs saatım var idi. Direktor işlədiyim dövrdə 12 saat, təhsil şöbəsinin müdiri olduğum vaxt isə 6 saat dərs demək imkanım olurdu.

Harada çalışmağımdan asılı olmayaraq, hər gün səhər saat 8-də durub məktəbə gedir, dərsimi deyirdim. Daha sonra digər işlərimi görürdüm. Bu, mənim sevimli məşğuliyyətim idi.

Bir sözlə, sinfə daxil olanda direktor və ya təhsil şöbəsinin müdiri olduğumu unudur, bütün diqqətimi uşaqlara dərs öyrətməyə yönəldirdim. Azərbaycan ədəbi irsinin zənginliyini təkcə dərsliklərdən deyil, əlavə ədəbiyyatlardan da istifadə edərək şagirdlərə çatdırırdım.

- Uzunmüddətli fəaliyyətiniz dövründə Azərbaycan təhsilinin müxtəlif mərhələlərinin şahidi və iştirakçısı olmusunuz. Sizin müəllimliyə başladığınız illərin təhsili ilə müasir dövrün təhsili arasında ən böyük fərq nədir? Bəs müəllim-şagird münasibətlərində hansı fərqlər var? 

- Bəli, Azərbaycan təhsilinin müxtəlif mərhələlərinin şahidi və iştirakçısı olmuşam. 1990-cı illərdə kiril qrafikasından latın qrafikasına keçid etdik. Bu, təhsil sistemi üçün çətin mərhələ idi. Çünki latın qrafikasında kitabların çap olunması məsələsi qarşıya çıxdı. Çap maşınlarındakı şriftlərin hamısı rus qrafikasında idi. İki mühəndis – biri rəhmətlik Mirzə müəllim olmaqla - bir ay ərzində bu şriftləri dəyişdilər. Daha sonra Sumqayıt məktəblərinin hamısında çap maşınları dəyişdirildi. Bu illərdə çalışmaq mənim üçün xoş oldu. 

Fərqlərə gəldikdə, indiki dərs proqramları daha çətindir. Düşünürəm ki, bəzi dərsliklərin müəlliflərinin pedaqoji təcrübəsi də kifayət qədər deyil. Əvvəllər dərslikləri ən məşhur alimlər yazırdılar, indi isə bəzi kitablarda bu bir qədər fərqlidir. 

Müəllim-şagird münasibətlərinə gəldikdə isə hesab edirəm ki, bu münasibətlər müəyyən bir xətt ətrafında inkişaf etməlidir. Müəllim şagirdi sevməli, şagird də ona eyni qarşılıqla cavab verməlidir. Lakin indi müəyyən qədər dəyişiklik var, insanlar bir qədər laqeydləşiblər.

Bundan əlavə, zəif oxuyan uşaqlarla dərsdən sonra da məşğul olurduq və bunu təmənnasız şəkildə edirdik. Lakin indi şagirdlər repetitor yanına gedərək müəyyən məbləğ ödəyirlər. Bu isə bütün ailələr üçün əlçatan deyil.

Həmçinin deyirlər ki, indi bir sinifdə 45 şagird olan məktəblər də var. 45 uşağa dərs demək çox çətindir. 45 dəqiqənin bir dəqiqəsini yalnız şagirdlərin adlarını öyrənməyə sərf etmək olar. Çox istərdim ki, yeni məktəblər tikilsin və siniflərdə şagird sayı daha az olsun.

- Sumqayıtlı şagirdlər təhsil sahəsində yüksək nəticələri ilə tez-tez seçilirlər. Bu il də ən yüksək nəticə göstərənlər arasında Sumqayıtdan olan məzunlar var. Bir müəllim kimi, sizcə, Sumqayıt şagirdlərinin təhsildə uğur qazanmasının əsas səbəbi nədir?

- Sumqayıtlıların təhsil sahəsində uğur qazanmasının əsas səbəbi, məncə, valideynlərdir. "Ot kökü üstə bitər" deyə atalar sözü var. Valideyn oxumağa, öyrənməyə meyllidirsə, uşaq da belə olacaq.

Sumqayıta 1950-ci illərdən başlayaraq 2000-ci illərə qədər müxtəlif bölgələrdən insanlar gəliblər. Onlar burada çalışıb, orta və ali təhsil alıblar, öz övladlarının da təhsil almasına maraqlı idilər. 

- Bir əməkdar müəllim kimi bu sahəni seçmək istəyən gənclərə, xüsusilə bu peşəyə yeni başlayanlara nə demək və hansı məsləhətləri vermək istərdiniz?

- Bu peşəni şan-şöhrət üçün yox, sabahın, ölkənin aparıcı qüvvəsini yetişdirmək üçün seçmək lazımdır.

- Bu gün, yəni 5 oktyabr - Müəllimlər Günü müəllim əməyinə ehtiram günü kimi qeyd olunur. Bəs sizcə, bir müəllim üçün ən böyük ehtiram nədir?

- Müəllim üçün ən böyük ehtiram şagirdlərinin onu sevməsidir. Səni yolda, küçədə görəndə mehribanlıqla və sevgi ilə yanaşmalarıdır. 

Mənim bu sadə əməyimi dövlətimiz də yüksək qiymətləndirib. Hələ gənc yaşlarımda "Maarif xadimi" döş nişanı ilə təltif edilmişəm. Sonralar "Əməkdar müəllim" adına , "Tərəqqi" medalı və "Şöhrət" ordeninə layiq görülmüşəm. 

Fürsətdən istifadə edərək bütün pedaqoji ictimaiyyəti və təhsil işçilərini Müəllimlər Günü münasibətilə təbrik edir, hər birinə can sağlığı arzulayıram.

Son xəbərlər

İdman
Bu gün, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

İdman
Bu gün, 16:50

"Sumqayıt"ın prezidenti futbolçu ilə "prinsipə girib"? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

"Uşaqları məktəbə apara bilmirik" - Ceyranbatanda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıdakı bu şirkət "qara siyahı"ya salındı

Bütün xəbərlər
Bu gün, 15:10

"Yeni yol"da işıq dirəkləri yenilənir

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtdakı müəllimlər ixtisasartırma təlimlərinə qatılırlar

Bütün xəbərlər
Bu gün, 14:05

Sumqayıtda sabah leysan yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Bu gün, 13:35

Sumqayıtda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtın adı əsrlər əvvələ gedib çıxır

Bütün xəbərlər
Bu gün, 12:22

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Kriminal
Bu gün, 11:50

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:20

Ceyranbatanda toyda dava: ÖLƏN VAR

Bütün xəbərlər
Bu gün, 10:45

Sumqayıtda arvadını öldürən qazi imiş - detallar

Bütün xəbərlər
Bu gün, 10:15

"Stansiya Sumqayıt"da evdə partlayış - Səbəbi dezodorant olub?

İdman
Bu gün, 09:54

Sumqayıtlı cüdoçular dünya çempionatında tatamiyə çıxacaq

Bütün xəbərlər
Bu gün, 09:43

Sumqayıtın təhsil işçiləri təltif olunub

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda yol qəzası - ölən var

Bütün xəbərlər
Bu gün, 08:00

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günündə BAŞ VERƏNLƏR - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
03 oktyabr 2026, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Oxşar xəbərlər