Hər bir insanın həyatında ona yol göstərən, ilk bilikləri öyrədən və gələcəyə inam yaradan bir müəllim olur. Müəllim yalnız dərs keçən deyil, həm də şagirdlərinin dünyagörüşünün formalaşmasına, düzgün seçimlər etməsinə və öz potensialını kəşf etməsinə töhfə verən insandır.
Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.
Ölkəmizdə isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Bu, Heydər Əliyevin 5 oktyabr 1993-cü il tarixli sərəncamı ilə həyata keçirilib.
Müəllimlər günü münasibətilə illərini təhsilə həsr edən, böyük məsuliyyət və səbrlə gələcəyin nəslini yetişdirən bütün müəllimləri təbrik edirik. Əməyi, zəhməti və fədakarlığı ilə şagirdlərinin həyatında iz qoyan bütün müəllimlərə təşəkkür edirik.
Beynəlxalq Müəllimlər Gününüz mübarək!