"Sumqayıt" komandası Misli Premyer Liqasındakı növbəti ev oyunlarını fərqli arenada keçirəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar olaraq, komanda qarşıdakı ən azı iki ev matçında rəqiblərini "SOCAR Polymer Arena"da qəbul edəcək.
"Misli Premyer Liqasının X turunda keçiriləcək "Sumqayıt" - "Şəfa" qarşılaşmasından öncə Mehdi Hüseynzadə adına stadiona yenidən baxış keçiriləcək və qazonun vəziyyətinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək", - deyə məlumatda qeyd olunub.