top
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
05 oktyabr 2026, 12:22
- ↺ +

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni hazırlanan "Pulsuz hüquqi yardım haqqında" qanunun kimlərə şamil ediləcəyi məlum olub.

 

Sumqayit24.az xəbər verir ki, bu qanunla müəyyən edilən hallarda və qaydada ilkin hüquqi yardım almaq, habelə bu qanunun müvafiq maddələri nəzərə alınmaqla cinayət işləri və inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınması, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır.

 

- hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər.

 

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- əlilliyi olan işləməyən şəxslər;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;

- hüquqi yardıma ehtiyacı olan digər şəxslər:

- şəhid ailələrinin üzvləri;

- müharibə veteranları;

- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

- "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;

- yetkinlik yaşına çatmayan şəxslər;

- qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;

- valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;

- cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.

 

Peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

 

Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

 

İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.

 

Qeyd edək ki, "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:40

Sarayda bu küçə axşam zülmətə qərq olur…

İdman
Bu gün, 18:15

"Sumqayıt" Futbol Akademiyasının direktoru Gürcüstanda işgüzar səfərdə olub

Bütün xəbərlər
Bu gün, 17:57

Polad Həşimovun anası xəstəxanadan evə buraxıldı

İdman
Bu gün, 17:41

DƏQİQLƏŞDİ! "Sumqayıt" - "Sabah" matçı bu stadionda keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:25

Coratdakı internet problemi barədə açıqlama

Bütün xəbərlər
Bu gün, 17:04

Sumqayıtda 86 yaşlı ahıl itkin düşüb

Bütün xəbərlər
Bu gün, 17:01

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

Bütün xəbərlər
Bu gün, 16:21

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət etdi

Bütün xəbərlər
Bu gün, 15:39

Deputat tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif etdi

Bütün xəbərlər
Bu gün, 15:01

Sumqayıtda sabah 18 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:58

Sumqayıtda yazıçı 3-cü mərtəbədən yıxılıb

Bütün xəbərlər
Bu gün, 14:21

Sumqayıtda kişi birlikdə yaşadığı qadını uşağa görə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 13:43

Sumqayıtın 29 min sakini olan massivində məktəb yoxdur - DEPUTATDAN TƏKLİF

Bütün xəbərlər
Bu gün, 13:41

Sumqayıtın deputatından alimlərin maddi durumu ilə bağlı çağırış

Bütün xəbərlər
Bu gün, 13:01

Sumqayıt və Sarayda yeni mənzillər satışa çıxarılır

Kriminal
Bu gün, 12:21

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıt səmasında müəmmalı işıqlar – SƏBƏBİ BİLİNDİ

İdman
Bu gün, 11:01

Sumqayıtlı karateçilər Tbilisidə medallar qazandılar

Bütün xəbərlər
Bu gün, 10:21

Sumqayıtda içməli su xəttində qəza

Bütün xəbərlər
Bu gün, 09:51

Sumqayıtda kişi pilləkəndən yıxılıb ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:11

Sumqayıtda lükün ətrafında narahatedici mənzərə

Bütün xəbərlər
Bu gün, 08:41

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:39

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda dayanacaq nişanı avtobus sürücüsü üçün keçərsizdir? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:27

21 yaşında şəhid olan sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda bu yol sürücülərə baha başa gəlir…

Oxşar xəbərlər