Taxtakörpü-Ceyranbatan kanalında sürüşmə zonalaranın sementasiyasına başlanılır.
Sumqayit24.az bu barədə Samur-Abşeron Kanalının İstismarı İdarəsinə istinadən xəbər verir. Məlumata görə, sözügedən işlərin icrası “Kür-Araz Şirkəti” MMC-yə həvalə olunub və dəyəri 1 milyon manatdan artıq olan müqavilə bağlanılıb.
Qeyd edək ki, Taxtakörpü-Ceyranbatan kanalı özü axan kanaldır və kanalın maksimal su sərfiyyatı Q = 40 m³/s təşkil edir.