top
Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Rəsmi
06 avqust 2026, 12:40
- +

Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Rəsmi

"Son vaxtlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vahid aylıq müavinətin ödənişi ilə bağlı məsələlər barədə tez-tez yazılı və şifahi müraciətlər edilir. Xüsusilə, valideynlərindən birinin "məcburi köçkün" statusu olmayan şəxslər onlara vahid aylıq müavinətin təyin edilməməsinin səbəbini soruşurlar".

Sumqayit24.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, vahid aylıq müavinət – işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və vərdiş etdiyi təsərrüfat-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlətin fərdi dəstək mexanizmidir və hazırda onun təyin edilməsi ayrıca normativ-hüquqi aktla tənzimlənir.

"Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"dır.

Bir daha xatırladırıq ki, vahid aylıq müavinət "məcburi köçkün" statusu (vəsiqəsi) olanların heç də hamısına təyin edilmir. Məcburi köçkün statusu olan, lakin vahid aylıq müavinətin şamil edilmədiyi şəxslər mövcud Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.

Bu məsələyə hüquqi məntiq və sosial ədalət prinsiplərindən yanaşdıqda qeyd etməliyik ki, ailədə valideynlərdən biri məcburi köçkün statusuna malik olmadıqda, həmin ailə tam mənada mənzil-məişət və torpaq resurslarından məhrum olmuş sayılmır. Yerli (məcburi köçkün olmayan) valideynin daşınmaz əmlak, mənzil, mülkiyyət və digər sosial-iqtisadi təminatlara çıxışı olduğundan, bu cür ailələr kütləvi humanitar risk qrupundan fərqləndirilir. Büdcə vəsaitlərinin həqiqi ehtiyacı olan, hər iki valideyni də köçkün statusu daşıyan və tamamilə dövlət qayğısına söykənən ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinin tələbidir.

Eyni zamanda, ötən dövr ərzində Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmamışdı. Qaydanın 2.6-cı bəndinə aid hal seçmə və manual (fərdi) yoxlamalarda gözdən yayınırdı. Son dövrdə dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası (e-dövlət) nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır.

Dövlət büdcəsinin qorunması prinsiplərinə uyğun olaraq, müvafiq maddələr üzrə təyinatdan kənarlaşma olmaması məqsədilə, monitorinqlər zamanı qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəməyən — adına daşınmaz əmlak sahəsi (ev, mənzil) alan, VÖEN (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah qeydi ilə statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşayan şəxslərə dövlət vəsaitinin ayrılması hüquqi baxımdan mümkün deyil. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığını daim nəzərə alır. Bununla yanaşı, dövlət orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət büdcəsi hesabına həyata keçirilən bütün sosial ödənişlərin təyin edilməsində qüvvədə olan hüquqi normaların mütləq tətbiqini təmin edirlər", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Oxşar xəbərlər