top
Vətənə canını fəda edən sumqayıtlı şəhidlərimizin xatirəsi anılır
01 avqust 2026, 11:04
- +

Vətənə canını fəda edən sumqayıtlı şəhidlərimizin xatirəsi anılır

Bu gün sumqayıtlı şəhidlərimizin doğum günüdür. 

Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. Evli idi, 2 övladı yadigar qalıb. 

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

***
Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil alıb.  Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil olub. Subay idi. 

2016-cı ildə Aprel döyüşlərində iştirak edib və böyük şücaət göstərib. 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev ən son 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Emil Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Oxşar xəbərlər