Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivinin bir hissəsi zibil poliqonunu xatırladır.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, sürücülük məktəbinin yaxınlığındakı ərazidə məişət və tikinti tullantıları günbəgün artır. Karton qutular, plastik butulkalar və digər müxtəlif tullantılar 10 gündən çoxdur ərazidən daşınmır. Nəticədə zibillərdən ibarət "dağ" yaranıb..
Şikayətçilər bildirirlər ki, ərazidə qalan yeganə zibil konteyneri də yararsız vəziyyətdədir. Belə ki, o qırılıb və aşdığı üçün tullantılar ətrafa səpələnir. Onlar aidiyyəti qurumlardan ərazinin vaxtı-vaxtında təmizlənməsini və konteynerin yenisi ilə əvəz olunmasını xahiş edirlər.