top
Zakir Fərəcov avtobus istehsal edən zavodda olub
07 oktyabr 2025, 06:23
- ↺ +

Zakir Fərəcov avtobus istehsal edən zavodda olub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıs Zakir Fərəcov elektrik avtobusu istehsal edən zavodda olub.

Sumqayit24.az xəbər verir ki, sözügedən “Azerbaijan Energy Automotive Factory” MMC Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir. Ziyarət zamanı icra başçısına bildirilib ki, müəssisə tərəfindən artıq ilk elektrik avtobusu istehsal edilib və bu avtobus “BakuBus” MMC-yə təqdim olunub. Zavodda istehsal edilən avtobuslar ekoloji baxımdan təmiz, enerjiyə qənaətcil və müasir texnoloji standartlara cavab verir.

Məlumat verilib ki, “Azerbaijan Energy Automotive Factory” Sumqayıt Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərir və layihə Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin tərkib hissəsidir. Müəssisə Çinin “BYD Company Limited” şirkəti və “SARDA Group”un birgə təşəbbüsü ilə yaradılıb.

Zakir Fərəcov müəssisədə yaradılan şərait, tətbiq edilən müasir texnologiyalar və istehsal potensialı ilə maraqlanıb, mühəndis və texniki heyətlə söhbətlər aparıb. O bildirib ki, belə layihələr Sumqayıtın sənaye potensialının artmasına, innovativ və ekoloji yönümlü istehsalın genişlənməsinə, eləcə də yeni iş yerlərinin açılmasına xidmət edir.

Qeyd olunub ki, yaxın dövrdə müəssisədə elektrik avtobuslarının müxtəlif modelləri ilə yanaşı, yük və kommunal nəqliyyat vasitələrinin də istehsalı planlaşdırılır.

Bu təşəbbüs, həmçinin Azərbaycan-Çin əməkdaşlığının uğurlu nəticələrindən biri kimi ölkəmizin regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini daha da möhkəmləndirəcək.

 

Son xəbərlər

İdman
Bu gün, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Bu gün, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Bu gün, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Bu gün, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Bu gün, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Bu gün, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Bu gün, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Bu gün, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Bu gün, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Bu gün, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Bu gün, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Bu gün, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Dünən, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Dünən, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər