top
Zakir Fərəcov çinli investorları qəbul edib
26 sentyabr 2025, 01:45
- ↺ +

Zakir Fərəcov çinli investorları qəbul edib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çin Xalq Respublikasının 12 əyalətini təmsil edən 20 şirkətin nümayəndələrini qəbul edib. Görüşdə əsasən özəl sektora aid investorlar iştirak ediblər.

Sumqayit24.az xəbər verir ki, Zakir Fərəcov Sumqayıtın Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olaraq geniş iqtisadi potensiala malik olduğunu bildirib. Şəhərdə son illər ərzində sənaye müəssisələrinin modernləşdirilməsi, ixracyönümlü məhsullar istehsal edən sənaye parklarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Şəhər rəhbəri həmçinin vurğulayıb ki, Sumqayıt ilə Çinin Sian, Mian və Çun Çin şəhərləri arasında qardaşlıq münasibətləri mövcuddur və bu əlaqələr çərçivəsində sənaye, təhsil və mədəniyyət sahələrində bir sıra birgə layihələr həyata keçirilib.

Çin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Çjenveyi səmimi qəbul üçün təşəkkürünü bildirib və qeyd edib ki, bu səfər investorların Sumqayıtın iqtisadi potensialı ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıyır. O, Çin şirkətlərinin Azərbaycanda, xüsusilə də Sumqayıtda birgə layihələrə maraqlı olduqlarını vurğulayıb.

He Çjenveyi bildirib ki, əməkdaşlıq üçün üç əsas istiqamət ön plana çəkilir. Bunlara Çindən Avropaya Qazaxıstan və Bakı vasitəsilə istifadə olunacaq nəqliyyat və logistika marşrutları, Azərbaycanda günəş və külək layihələrinin inkişafı üzrə bərpa olunan enerji sektoru, eləcə də avtomobil sənayesi, binalar və idarəetmə sistemlərini əhatə edən “ağıllı texnologiyalar”la bağlı intellektual istehsal daxildir.

Qeyd olunub ki, bu əlaqələr yeni investisiyaların cəlb olunmasına təkan verəcək, müəssisələrə yaradılan güzəştli iş şəraiti onları daha da həvəsləndirir. İştirakçı şirkətlərin nümayəndələri də Sumqayıtda fəaliyyətə başlamaqda maraqlı olduqlarını ifadə ediblər. Vurğulanıb ki, yaxın gələcəkdə şəhərdə Çin müəssisələrinin sayı daha da artacaq.

Görüş müzakirə şəraitində keçib, iştirakçılar investisiya imkanları ilə bağlı suallarını ünvanlayıb və onları maraqlandıran məsələlərə ətraflı cavablar verilib.

 

Son xəbərlər

İdman
Bu gün, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Bu gün, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Bu gün, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Bu gün, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Bu gün, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Bu gün, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Bu gün, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Bu gün, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Bu gün, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Bu gün, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Bu gün, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Bu gün, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Dünən, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Dünən, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər