top
Xalq sənəti ilə məşğul olan xalçaçı Fazil Abasquluzadə ilə müsahibəni təqdim edirik
16 iyun 2022, 08:30
- ↺ +

Xalq sənəti ilə məşğul olan xalçaçı Fazil Abasquluzadə ilə müsahibəni təqdim edirik

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Ömrünün böyük hissəsini xalq sənətinə həsr edən xalçaçı Fazil Abasquluzadənin Sumqayıt24-ə verdiyi müsahibəni təqdim edirik:

1. Xalçaçılıq sənətinə ilk addımları nə zaman atmısınız? Sizə bu sənəti kim öyrədib?

- Xalçaçı sənətinə ilk addımları orta məktəbin 7-ci sinfində oxuyanda atmışam. Belə ki, nənəm məni qonşu kəndə (Qubadlı rayonunun Teymur Müskənli kəndinə) aparardı. İlk dəfə orada, xanada xalça toxunduğunu görmüşəm. Bu proses mənə çox maraqlı gəldi. Xalça alətləri, xana, üstündə al-əlvan rəngli saplar sanki məni ovsunladı. Rəssamlıq qabiliyyətim olduğundan, naxışların çəkilməsi, xalça üzərində hər hansı bir təsvirin verilməsi məndə maraq yaratdı. Xalça sənətinin sirlərini ali təhsil alandan, praktiki işə başladıqdan sonra öyrənməyə davam etdim. Xalçaçılığın sirlərini nəzəriyyədən çox praktiki işlər sayəsində mənimsəmək mümkündür.

2. Xalçalarda yaradacağınız rəsmlərin ilhamını nədən alırsınız?

- Xalçaçılıqda yaratdığım əsərlərin ilhamını mənə həyat məktəbi verib. Çünki xalçaçılıq qədim, zəngin mədəni irsə malik, kollektiv xalq sənətimizdir. Bütün mövzularda güclü mütaliə qabiliyyətim və gündəlik həyati müşahidələrim mənim xalça sənətimdə olan ilham mənbəyimdir.

3. Hansı üslubda xalçalar yaradırsınız?

- Mənim yaratdığım xalça əsərləri, əsasən, süjetli, bədii-tematik mövzulardadır. Hər hansı bir əsərimin qarşısında dayananda, qurulan kompozisiyaya uygun süjetlər, əsərin bədii həlli tamaşaçıya bələdçilik edir. Hər bir əsərim, öz adına görə mövzu həlli ilə güclü bağlılıq təşkil edir.

4. Ən dəyərli əsəriniz hansıdır?

- Bu sual bilirsiniz nəyə bənzəyir? Valideynə sual verirsən ki: “Övladlarından hansını çox istəyirsən?”. Bütün əsərlərim mənə doğmadır. Çünki hər bir əsərin ərsəyə gəlməsində yüz dəfə ölüb dirilirəm desəm, yanılmaram. Xalçaçılıq əziyyətli, səbr tələb edən, yaradıcı xalçaçı-rəssamdan yüksək peşəkarlıq tələb edən sənətdir. Ən dəyərli əsərlərim isə millətimizin ayrılıq həsrətini özlərində əks etdirən, cənub mövzusunda olan əsərlərimdir. Böyük Şəhriyar demiş: "Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün. Nə yaman pərdə çəkibsən iki qardaş arasında”.

5. Sizcə modern dünyada xalçalar hələ də aktualdır?

- Modern dünyada xalça hər zaman aktual olmalıdır. Bunu millət özü göz bəbəyi kimi qorumalıdır. Çünki bu bizim milli, mənəvi, mədəni sərvətimizdir. İndiki zamanda, necə ki, milli musiqilərimizi aranjiman adı ilə başına min oyun açıb əcaib hala salırlar, eləcə də xalçaçılıqda modern adı altında klassik xalçaları, guya ki, müasirləşdirirlər. Bu kimi hallara qətiyyən yol vermək olmaz. Bu dövlət səviyyəsində qorunmalıdır. Dünya muzeylərində orta əsrlərə aid və daha qədim yaşı olan milli xalçalarımız, xüsusi şəraitdə saxlanılaraq nümayiş olunur.

6. Gələcəkdə daha nələr etmək istəyirsiniz?

- Gələcəkdə, imkanım daxilində, yeni mövzulara müraciət etmək fikrindəyəm. Daha doğrusu, yeni eskizlər üzərində işləyirəm. Bir keyfiyyətli xalça əsərini ərsəyə gətirmək üçün 3-5 min manat vəsait tələb olunur. Heç bir maddi dəstək olmadan, çətin də olsa, imkanım daxilində, öhdəsindən gəlirəm.

7. Sumqayıta aid bir xalçanız var?

- Sumqayıtın 70 illiyinə aid əsərim var. Mən bu şəhərdə yaşadığımdan bütün əsərlərimin üzərində Sumqayıt sözü və toxunuş ili yazılır. 80% əsərlərimdə isə, bu və ya digər formada, Sumqayıtın simvolunu ümümi kompozisiyalara daxil etmişəm. Sumqayıt rəhbərliyinin xarici səfərləri zamanı şəhərimizin adından mənim portret və süjetli bədii-tematik əsərlərim hədiyyə verilir. Yeri gəlmişkən onu da deyim ki, hazırda yaradıcı kollektivimiz Sumqayıt ilə qardaşlaşmış şəhər olan Almaniyanın Ludviqshafen şəhərinin yeni təyin olunmuş meri Yutta Ştaynrukun portreti üzərində işləyirik. İki ay əvvəl başladığımız əsərin başa çatmasına 18 gün qalır.

Foto Sumqayıt24 Foto Sumqayıt24

Mənim yaradıcılığıma göstərdiyiniz diqqətə görə minnətdaram! [modula id="16916"]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
05 noyabr 2026, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Oxşar xəbərlər