Sumqayıtlı şagirdlər fizika və coğrafiya fənləri üzrə respublika olimpiadasında yüksək nəticə göstəriblər.
Sumqayit24.az xəbər verir ki, Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinfində oxuyan Bəxtiyar Ağayev fizika üzrə qızıl, 9-cu sinif şagirdi Cahad Gülməmmədli isə gümüş medala layiq görülüb.
Bundan əlavə 9-cu sinfdə təhsil alan Emin Abdullah və Ümid Nağı coğrafiya fənni üzrə bürüncü medal əldə ediblər.