top
Sumqayıtda kirayə mənzilləri necə almaq olar? - ŞƏRTLƏR
15 noyabr 2025, 12:48
- ↺ +

Sumqayıtda kirayə mənzilləri necə almaq olar? - ŞƏRTLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların aylıq ödəniş etməklə mərhələli şəkildə ev sahibi olmasına imkan yaradır. Bu model həm ilkin yükü azaldır, həm də rahat şərtlərlə yaşayış sahəsinin əldə edilməsini təmin edir.

 

Sumqayit24.az kirayə mənzil üsulu ilə ev almaq istəyənlər üçün əsas şərtləri təqdim edir. 

 

Ev sahibi olmaq üçün müraciət edən şəxslər aşağıdakı ilkin sənədləri təqdim etməlidir:

 

- Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza);

- Elektron İpoteka və Kredit Zəmanət Sistemində e-imza ilə yaradılmış elektron kabinet;

- Elektron kabinetdə doldurulan ərizə-anket.

 

Fondun məsul əməkdaşları ilə görüş zamanı da bəzi sənədlər tələb olunur. Bunlar:

 

- Şəxsiyyəti təsdiq edən sənəd;

- Gəlirləri təsdiq edən sənədlər;

- Məhkumluq barədə arayış;

- Ailə tərkibini təsdiq edən sənədlər;

- Nikahın olması və ya olmaması barədə sənədlər.

 

Kirayə mənzildən yararlanmaq üçün vətəndaşlar aşağıdakı tələblərə cavab verməlidirlər:

 

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- Məhkumluğu olmamalıdır;

- Vaxtı keçmiş öhdəlikləri olmamalıdır;

- Müraciət zamanı yaşı 60-dan yuxarı olmamalıdır;

- Rəsmi gəlirləri olmalıdır;

- Eyni zamanda Fondla iki aktiv kirayə müqaviləsi olmamalıdır.

 

Kirayə müqaviləsinin şərtləri:

 

- Minimal müddət: 3 il;

- Maksimal müddət: 25 il;

- Yaş məhdudiyyəti: son ödəniş tarixinədək 70 yaşı aşmamalıdır;

- Qabaqcadan ödəniş: aylıq ödənişin ən azı 12 misli;

- Hüquqların ötürülməsi: müqavilə qüvvəyə mindikdən 12 aydan tez olmamaq şərtilə;

 

Vaxtından əvvəl ödəniş: müqavilə bağlandığı gündən mümkündür.

 

Kirayə müqaviləsi üzrə bütün ödənişlər yalnız Azərbaycan manatında həyata keçirilir. Qaydalara əsasən, kirayə müqaviləsi bağlanan gündən etibarən vətəndaş vaxtından əvvəl tam ödəniş edə bilər.

 

Kirayə ilə təqdim olunan mənzillər müəyyən standartlara cavab verməlidir:

 

- 2013-cü ilin 1 yanvarından sonra tikilmiş olmalıdır;

- Tam təmirli və yaşayışa hazır olmalıdır;

- Elektrik, qaz və su ilə təmin edilməlidir;

- İnfrastruktura (təhsil, nəqliyyat, səhiyyə və s.) yaxın olmalıdır;

- Həyatyani sahəsi olmalıdır;

- Tikinti normalarına uyğun olmalıdır;

- Müstəqil qiymətləndiricinin bazar qiymətindən aşağı olmayacaq şəkildə sığortalanmalıdır.

 

Xatırladaq ki, Fond Sumqayıt şəhərində yerləşən Sülh prospektindəki yeni yaşayış kompleksində 219 tam təmirli mənzili də satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edir. Mənzillər 1, 2 və 3 otaqlıdır və aylıq ödənişlər 347 manatdan başlayır. Seçim prosesi 20 noyabr 2025-ci il saat 15:00-dan etibarən açıq olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər