Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Hadisə Sumqayıt şəhərinin 26-cı məhəlləsində qeydə alınıb. Sumqayit24.az xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaş ona irad tutub. O, bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.
Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.