Bakı-Sumqayıt yolunda qəza baş verib.
Məlumata görə, hadisə noyabrın 19-da magistralın Xırdalan dairəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan moped taksi fəaliyyəti göstərən 77-YF-556 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobillə toqquşub.
Toqquşmanın təsirindən moped aşıb, sürücüsü isə yüngül bədən xəsarətləri alıb. Ərazidən keçən sürücülər xəsarət alan şəxsə ilkin tibbi yardım göstəriblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Avtosfer.аz